Sabah 38 dərəcəyə qədər isti olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 38 dərəcəyə qədər isti olacaq - PROQNOZ

12:42 - 09 / 06 / 2020
Sabah 38 dərəcəyə qədər isti olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

1news.az

Paylaş:
495

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər