Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb

14:35 - 10 / 06 / 2020
Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 527,5 milyon manat, xərcləri isə 9 392,2 milyon manat təşkil edib.

1news.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox və 0,4% azdır.

Son nəticədə büdcədə 1 135,3 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 2 306,5 milyon manat təşkil edib.

S.Xankişiyeva

 

Paylaş:
1131

Son xəbərlər

Bütün xəbərlər