Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı - FOTO

11:22 - 10 / 06 / 2020
Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

1news.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı B.Mirzəyev 200 manat, digərləri 100 manat cərimə olunublar.

1news.az

Paylaş:
557

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər