Deputat: Koronavirus pandemiyası idarəçilik sistemi çökmüş Ermənistana çox ağır zərər verəcək

Bütün dünyada koronavirus pandemiyası ilə mübarizə tədbirləri aparılır.
Azərbaycan da daxil olmaqla bir çox ölkənin bu mübarizədə seçkidiyi düzgün strategiya nəticəsində pandemiyanın ağır fəsadları müşahidə olunmadı. Ancaq bunu Ermənistanla bağlı demək olmaz. Ermənistanda pandemianın ağır fəsadları günü-gündən ağırlaşır. Onsuz da iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistanda pandemiya ilə mübarizədə düzgün strategiya seçilməməsi ölkəni daha da pis vəziyyətə salıb. Bununla bağlı Rusiya kütləvi informasiya vasitələrində (KİV) bir çox xəbərlər yer alır.
Məsələn, Rusiyanın “pravda.ru” saytında MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarovun Ermənistanda vəziyyət barədə “Koronavirus Paşinyanın vədlərini puç edib” başlıqlı müsahibəsi dərc edilib. A.Markarov, “İnsanların çoxu Paşinyana böyük ümid bəsləyirdi. Əgər o, heç bir əhəmiyyətli iş görə bilməsə ola bilsin ki, məyusluq yaranmayacaq, insanlar sadəcə siyasi və ya hər hansı başqa həyata marağı ümumiyyətlə itirəcəklər. Nələr baş verməsi heç kəsin vecinə olmayacaq. Bu isə ən dəhşətli vəziyyətdir”- deyə, fikir bildirib.
Rusiya mətbuatında gedən müsahibələrdə, məqalələrdə Ermənistan rəhbərliyinin idarəetmədə nə qədər zəif olduğu konkret faktlarla göstərilir. Bunun nəticəsində də hazırkı statistikaya görə Ermənistanda koronavirusa yoluxanların sayı 15281, ölkənlərin sayı sayı 258-ə çatır.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, ən qısa zaman kəsiyində Ermənistan özünün dövlət kimi zəif olduğunu ortaya qoydu.
“Eksremal şərait hər bir dövləti və dövlətin liderini sınağa çəkir. Dövlət güclüdürsə və onun lideri özünü güclü lider kimi təsdiq edibsə, həmin dövlət ən çətin və ağır dövrlərdən belə uğurla çıxa bilir. Dövləti bu çətin vəziyyətindən çıxaran onun lideridir. Azərbaycan buna çox ciddi bir nümunədir, Ermənistanda isə bu yoxdur. Ermənistanda ilk növbədə zəif iqtisadiyyat var, faşist düşüncəli, mənəvi keyfiyyətlərini itirmiş bir cəmiyyət var, işğalçılığa haqq qazandıran bir toplum var. Küçələrdə, meydanlarda yarınmış çətinliklərdən istifadə edən Paşinyan hakimiyyətdə olduğu müddətdə özünü diletant, hadisələrdən nəticə çıxarıb addım ata bilməyən baş nazir kimi göstərdi. Böhran şəraitində Paşinyan kimi diletantlar heç zaman idarəçilik heyfiyyətlərini ortaya qoya bilmir. Ona görə də bu gün Ermənistanda vəziyyət olduqca kritikdir”.
Deputat deyib ki, Ermənistanın koronavirusla səriştəsiz mübarizəsi Rusiya mətbuatının da diqqətindən kənarda qalmayıb.
“Ermənistan balaca bir ölkə, əhalisi az olmasına baxmayaraq orada virusa yoluxanların, ölənlərin sayı kifayət qədər çoxdur, sağalanların sayı isə barmaqla sayılacaq qədərdi. Rusiya mətbuatı da bunu Ermənistan rəhbərliyinin səriştəsiz idarəetməsi ilə əlaqələndirir. Koronavirus pandemiyası Ermənistan kimi zəif immuniteti olan, idarəçilik sistemi çökmüş, zəif bir liderlə çox ağır zərər verəcək. Bu bütün tərəfləri ilə görünür, ona görə də hadisələrin gedişini izləyən Rusiyanın qabaqcıl kütləvi informasiya vasitələri haqlı olaraq bu nəticəyə gəlir”.
Qafar Ağayev