Canni de Byazi: AFFA-nın şərtlərini qəbul etməyə hazıram, pul mənim üçün önəmli deyil | 1news.az | Xəbərlər
Futbol

Canni de Byazi: AFFA-nın şərtlərini qəbul etməyə hazıram, pul mənim üçün önəmli deyil

15:37 - 11 / 07 / 2020
Canni de Byazi: AFFA-nın şərtlərini qəbul etməyə hazıram, pul mənim üçün önəmli deyil

Canni de Byazi futbol üzrə Azərbaycan milli komandasına rəhbərlik edəcək. İyulun 10-da AFFA İcraiyyə Komitəsi assosiasiyanın maliyyə risklərini nəzərə alarsa, italyan mütəxəssisin komandanın məşqçisi təyin edilməsi barədə qərar qəbul etdi.

Başqa sözlə desək, davam edən koronavirus pandemiyası səbəbiylə komandaların sentyabr ayına planlaşdırılan beynəlxalq oyunları təxirə salınarsa və ya Azərbaycanda sərt karantin rejiminə görə italyanın ölkəyə gələ bilməyəcəksə, bu, de Byazinin müqaviləsinə təsir edəcək.

1news.az Albaniya millisi ilə əla nəticələr əldə edən italyan mütəxəssislə əlaqə saxladı və de Byazinin AFFA-nın şərtlərini qəbul etməyə hazır olduğunu və onun Azərbaycan millisində işləməyinə münasibətini öyrənməyə qərar verdi.

- Dünən AFFA İcraiyyə Komitəsi Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmağınız barədə qərar qəbul etdi, lakin bir şərtlə - assosiasiyanın maliyyə risklərini nəzərə alan bəzi şərtləri qəbul etməlisiniz. Bu şərtləri qəbul etməyə hazırsınız?

- Koronavirus pandemiyası səbəbindən dünyada vəziyyət çox çətindir. Bu, yəqin ki, hər birimizin həyatında ən yaxşı mərhələ deyil. Düşünürəm ki, bununla razılaşacaqsınız. İndi İtaliyadayam. Mən Venesiya yaxınlığında, Venesiya bölgəsində yaşayıram və burada vəziyyət hazırda nəzarətdədir. Ümid edirəm ki, tezliklə pandemiya bütün dünyada “yox” olacaq.

Ona görə də AFFA-nın irəli sürdüyü şərtləri başa düşürəm və onları qəbul etməyə hazıram. Bu mərhələdə pul mənim üçün birinci yerdə deyil.

Təxminən 5 aya yaxın AFFA ilə danışıqlar apardıq. Pandemiya böyük çətinliklər yaradıb. Ancaq indi əsas odur ki, bu çağırışı qəbul etmək istəyirəm. Ümid edirəm ki, hər kəs enerjisini bu işə qoyacaq.

Məşqçilər heyəti ilə birlikdə Azərbaycanda böyük iş görmək istəyirik. Məqsədimizə çatmaq üçün mübarizə aparmalıyıq. Müqavilənin şərtləri adekvatdır və burada koronavirus pandemiyası səbəbindən beynəlxalq oyunların təxirə salınması halları nəzərə alınır.

 - Müqaviləniz hansı müddətə hesablanıb?

- Düşünürəm ki, ixtisaslaşdırma seçimi başa çatana qədər, yəni 2021-ci ilin sonuna qədər nəzərdə tutulub.

- Qeyd edirsiniz ki, Azərbaycanın yığması – sizin üçün çağırışdır. Azərbaycan milli komandası ilə işləməkdə sizi nə cəlb edir və düşünmürsünüz ki, bu hər hansı bir məşqçi üçün çox çətin məsələdir?

- Məşqçilər heyəti ilə birlikdə Azərbaycan yığmasının son dövrdəki bütün oyunlarını təhlil etdik və inanıram ki, irəliləyişə nail ola bilərik. Əlbəttə, üzərində işləməli olduğumuz cəhətlər var. Bu taktika və komanda ruhuna da aiddir. Biz hamımız daha da yaxşılaşmalıyıq.

Anlayıram ki, çox vaxtım olmayacaq. Avqustun 4-5-də Bakıya gəlməliyəm, sonra müqavilə bağlayacağıq. Bir aydan sonra Millətlər Liqasının ilk oyununu gözləyirik. Ümid edirəm ki, Azərbaycan Premyer Liqası bu vaxtdan əvvəl başlayacaq.

- Bir çox futbol mütəxəssisləri və jurnalistlər hesab edirlər ki, milli komandaya oyunçuları psixoloji cəhətdən hazırlamaq üçün həvəsləndirici məşqçi lazımdır. Bunu özünüzün ən güclü tərəfi hesab edirsiniz?

- Psixologiya – futbolçularla işləmək üçün vacib cəhətdir. Və bu asan deyil. Ümid edirəm və inanıram ki, hər oyunçu bu baxımdan 110 faiz hazır olacaq.

- Qeyd etdiniz ki, Azərbaycan yığmasının son dövrlərdə bütün oyunlarını təhlil etmisiniz. Oyunçularımızda potensial görürsünüz?

- Mənim üçün komandanın mümkün qədər balanslı, futbol sahəsində aqressiv olması vacibdir. Bu gündəlik üzərində səylə çalışmaq üçün əsasdır.

- Canni de Byazinin Azərbaycanda adı – 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığınız Albaniya millisindəki işinizlə əlaqələndirilir. Əlbətdə ki, Azərbaycan da eynisini arzu edir. Bu yüksək gözləntilərə hazırsınızmı?

- Albaniyada belə vəziyyətlərdə "İnşəAllah" dedik. Bizi nə gözlədiyini yalnız Allah bilir. İnanıram ki, eyni işi Azərbaycanda edə bilərik. Bunun üçün hamımız vahid olaraq bir məqsəd adına birləşməliyik. Bu məşqçilərə, futbolçulara, rəhbərliyə, futbol mütəxəssislərinə, jurnalistlərə və azarkeşlərə aiddir.

Albaniya milli komandasında güclü liqalarda oynayan çox sayda təcrübəli futbolçu var idi. Ancaq düşünmürəm ki, bu, uğur qazanmağımıza imkan verən əsas amil idi. Çoxlarımızın əlçatmaz hesab etdiyi şeylərə nail olmağımıza mehriban komandamızın olması imkan verdi.

- Millətlər Liqasında konkret vəzifələriniz və ümumilikdə kvalifikasiyalarınız var?

- Federasiya, azarkeşlər və özüm də maksimum nəticə əldə etmək istəməyim normaldır. Ancaq yalnız çox danışan bir məşqçi olmaq istəmirəm. Bir nəticə əldə etmək istərdim.

Konkret vəzifələrə gəlincə, əvvəlcə Azərbaycana gəlim. Millətlər Liqasındakı rəqiblərimizin hər biri qrupda birinci olmaq istəyir. Biz də istisna deyilik.

Starta çox az vaxtımızın qalması məni narahat edir. İstərdim ki, komanda ilə tanış olub, onlara fikirlərimi çatdırmaq üçün daha çox vaxtım olsun.

- Nə vaxtsa Azərbaycanda olmusunuz və ölkəmizlə bağlı hansı məlumatınız var?

- Təxminən 6 il əvvəl Bakıya Ansi Agolli və Admira Tellinin oyunlarını izləmək üçün gəldim. Bakıya heyran oldum. Ansi ilə birlikdə İçərişəhəri gəzdik. Memarlıq binaları məni çox heyrətləndirdi, onlar sadəcə inanılmazdır. Bakı çox gözəl şəhərdir.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan millisinin baş məşqçisi bəlli oldu

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
2518

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər