Qarabağ qızılının qaçaqmalçılığının növbəti sxemi – bu dəfə Rusiyaya | 1news.az | Xəbərlər
Ermənistan

Qarabağ qızılının qaçaqmalçılığının növbəti sxemi – bu dəfə Rusiyaya

17:42 - 30 / 07 / 2020
Qarabağ qızılının qaçaqmalçılığının növbəti sxemi – bu dəfə Rusiyaya

Qiymətli metalların hasilatı və onların sonradan Ermənistan dövlət qurumlarının himayədarlığı ilə erməni şirkətləri tərəfindən satılması ilə bağlı saxta sxemlər çoxsaylı beynəlxalq araşdırmaların mövzusudur.

Bu dəfə Ermənistanın qızıl ixracı ilə bağlı şübhəli əhvalatla jurnalistika araşdırmaları ilə məşğul erməni nəşri HETQ maraqlanıb.

Nəşrin diqqətini ilk növbədə  ən yüksək gömrük dəyəri də olan mallar arasında Ermənistan ixracatının 2019-cu il statistikasında "şübhəli artım" cəlb edib. Bu artım "Qiymətli metalların və ya qiymətli metal ilə örtülmüş metalların tullantıları və qırıntıları"nın əmtəə qrupunda qeydə alınıb.

İxrac haqqında məlumatları araşdırdıqdan sonra nəşr, müxtəlif qiymətə malik malların 7112 kodu altında ixrac edildiyini aşkar edib. Xüsusilə, tərkibində çox miqdarda tullantı və qırıntılar olan qiymətli metallar çox ucuz qiymətə Avropa Birliyi ölkələrinə - 1 kq üçün təxminən 8 dollara ixrac edilib.

Bu kod altında Rusiyaya bir qramı 29 dollar təşkil edən daha bahalı məhsul ixrac edilib. Ermənistan Dövlət Gəlirlər Komitəsində (bundan sonra - DGK) bildirilib ki, sözügedən mal qrupu çərçivəsində Rusiyaya yarımfabrikat zərgərlik məmulatları ixrac edilib.

Ümumilikdə, 2019-cu ildə Rusiyaya 86,7 milyon dollar dəyərində 3 tona yaxın yarımfabrikat zərgərlik məmulatları ixrac edilib. Qızılın və ya digər qiymətli metalların tərkibində bunlar göstərilmir, lakin bir qram üçün 29 dollar qiymət qoyulması bunun bahalı bir məhsul olduğunu göstərir.

Nəşrin malların və ixracatçının mənşəyini müəyyənləşdirmək cəhdləri bir neçə ay davam edib. Bu müddət ərzində araşdırmanın müəllifləri bu prosesdə iştirak edən Ermənistanın müxtəlif dövlət və özəl qurumlarına sorğular göndəriblər, lakin onların heç də hamısı bu sorğuya cavab verməyə razı olmayıb.

HETQ qeyd edir ki, Ermənistan və Rusiyanın gömrük xidmətlərinin məlumatları əsasən üst-üstə düşür, lakin Avrasiya İqtisadi Birliyi ölkələrinin 2019-cu il üçün qarşılıqlı ticarət statistikasında 7112 nömrəli məhsul kodu ümumiyyətlə yoxdur.

DGK-nın məlumatına görə, 2019-cu ildə Ermənistandan Rusiya Federasiyasına yarımfamrikat zərgərlik məmulatlarını bir şirkət ixrac edib. Lakin komitə həmin şirkətin adını açıqlamaqdan imtina edib. Jurnalistlərə sadəcə 7112 kodu altında mal ixrac edən altı şirkətin ümumi siyahısı təqdim edilib, onlardan məhz hansı şirkətin Rusiyaya mal ixrac etdiyi isə göstərilməyib.

Ermənistan İqtisadiyyat Nazirliyi HETQ-nin sorğusuna cavab olaraq, DGK-nin nazirliyə ixracla bağlı məlumat vermədiyini və ümumilikdə nəşrin tələb etdiyi məlumatların kommersiya sirri olduğu bildirilib.

"Belə çıxır ki, mənşəyi şübhə doğuran külli miqdarda bahalı mal ölkədən ixrac edilir, lakin İqtisadiyyat Nazirliyi bundan xəbərsiz olur, çünki DGK buna imkan vermir” – deyə HETQ nəşri yazır.

Saxtakarlıq sxemləri Qarabağa aparır...

Buna baxmayaraq, HETQ jurnalistləri araşdırma çərçivəsində ixracatçının işğal altındakı Dağlıq Qarabağda qeydə alınan Golden Heritage şirkəti olduğunu müəyyənləşdirməyə müvəffəq olurlar. Şirkətin sahibi Arsen Mikaelyan (45%) və Vitali Qriqoryansa (55%) məxsus GM Holdinqdir.

Məlum olur ki, Arsen Mikaelyan 2019-cu ildən bəri “Armbusinessbank”da şura sədri və səhmlərin 5%-nə sahibdir. Qalan hissələr erməni mənşəli tanınmış rus iş adamı Vitali Qriqoryansa (Mikaelyan - “Vitali Qriqoryans” xeyriyyə fondunun direktoru, Qriqoryansın yaxın dostlarından biridir) məxsusdur.

Golden Heritage şirkətinin direktoru Armen Qalstyan jurnalistlərin suallarına cavab olaraq, əvvəlcə "kommersiya sirlərinə" istinad edib, amma sonra bankdan alınan və emal edilən qızılın ixrac edildiyini bildirib.

Məqalədə qeyd olunduğu kimi, Ermənistanın gömrük xidmətinin məlumatlarına görə, 2019-cu ildə Ermənistandan 224 milyon dollar dəyərində təxminən 6 ton qızıl ixrac edilib. Bu, bir il əvvələ nisbətən 16% çoxdur. Bununla birlikdə, bu qızılın ixracının, HETQ məqaləsində göstərilən yarımfabrikat məhsulların ixracı ilə əlaqəsi yoxdur, çünki bu, fərqli bir kod altında ixrac olunur.

Nəşr qeyd edir ki, Ermənistana qızıl əsasən zərgərlik üçün banklar və zərgərlik şirkətləri tərəfindən gətirilir. Araşdırma müəllifləri qeyd edirlər ki, əgər Golden Heritage banklardan qızıl aldığını iddia edirsə, güman etmək olar ki, yuxarıda adı çəkilən üç ton yarımfamrikat məmulat əvvəlcə Ermənistana gətirilib, sonra isə ixrac edilib. Bununla yanaşı, Ermənistan Respublikası gömrük xidmətinin məlumatları bu miqdarda malların ölkəyə verilmədiyini göstərir.

Ermənistan Qarabağın yataqlarını istismar edir

Ermənistanın işğalı altındakı "boz zona"da - Dağlıq Qarabağ ərazisində 160-dan çox müxtəlif qiymətli metal yataqları var. Onlardan 5-i sübut edilmiş sənaye ehtiyatı 205,3 ton olan qızıl yataqlarıdır.

Ermənistan rəhbərliyinin istismar etdiyi ən böyük qızıl mədəni, Ermənistan Respublikasının Vardenis (keçmiş Basarkeçər) rayonu ilə sərhəddə yerləşən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində yerləşən “Söyüdlü” (Zod) yatağıdır.

2007-ci ildən bəri “Söyüdlü” yatağı “GeoProMining”in tərkibinə daxil olan GPM Gold tərəfindən istismar olunur. Peyk görüntüləri bu sahədə işlərin genişlənməsini əyani şəkildə göstərir. Azərbaycanın Kəlbəcər rayonu ərazisindən keçən Vardenis-Ağdərə yolu Ermənistana qanunsuz hasil olunan xammalı nəql etmək üçün istifadə olunur.

Erməni əsilli zərgər və isveçrəli iş adamı olan Vartan Sirmakes, “Söyüdlü” yatağının qanunsuz istismarında bilavasitə iştirak edir və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki gəlirləri hesabına Ermənistan iqtisadiyyatının ən böyük sərmayədarlarından biridir. Burada qanunsuz olaraq hasil edilən qızıl sonradan İsveçrədəki birjalarda satışa çıxarılır və əldə olunan vəsait İsveçrə banklarına qoyulur.

İsveçrə saat brendi  Franck Muller Group-un həmtəsisçisi olan Sirmakes bankda qızıl külçələrin əridilməsi üçün Ermənistanda fabrik tikmək niyyətində olduğunu açıqlayıb.  Qızıl külçələrin əridilməsi dollar və ya avronun çapı kimi eynidir. Bu, maliyyə dünyasında qəbul ediləcək bir ödəmə vasitəsi buraxmaq deməkdir.

Fotoda: Vartan Sirmakes (sağda)

2016-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq şirkətlərin iştirakı ilə Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarı ilə bağlı geniş miqyaslı hesabat yayımladı. Xarici İşlər Nazirliyinin hesabatı Qarabağda iqtisadi fəaliyyətlə məşğul olan beynəlxalq şirkətlərin tam siyahısını təqdim edir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri dəfələrlə qeyd ediblər ki, təkcə beynəlxalq korporasiyalar deyil, eyni zamanda Ermənistanın siyasi rəhbərliyi ofşor zonalarında yaratdığı saxta şirkətlər vasitəsilə Qarabağda mədən yataqlarının işlənməsində fəal iştirak edir. Alınan pullar da oradan götürülür.

Qeyd edilib ki, 2002-ci ilə qədər Ermənistanda qızıl istehsalının həcmi 2 tondan çox deyildisə, 2002-ci ildə artıq 3,2 ton qızıl hasil edilib. Təkcə 2003-cü ildə “Söyüdlu” yatağından 2 ton, 2004-cü ildə 2,5 ton qızıl hasil edilib.

Qarabağ qızılını ixrac etməklə milyonlar qazanmaq sxemləri "Narco-Karabakh" kitabında, həmçinin eyni adlı saytda da ətraflı təsvir edilib. Nəşrin müəllifi, Harold Keyn təxəllüsü ilə yazan ingilisdir, Ermənistanda turist kimi çox olub, Qarabağa dəfələrlə səfərlər edib, girişi asan olmayan ən ucqar guşələrə dırmaşıb. Təhlükəsizliyə görə müəllifin əsl adı gizli saxlanılır.

Araşdırmasında Keyn yazır ki, Qarabağ qızılının ixracı prosesində Orta Şərq qiymətli metallar bazarının əhəmiyyətli bir hissəsini idarə edən Livandakı erməni diasporası mühüm rol oynayır. Sxem olduqca maraqlıdır: qeydiyyatdan keçməmiş qızıl qaçaqmalçılıq yolu ilə Livana aparılır, orda Livan qızılı adı altında Beyrutdakı qiymətli metallar bazarının böyük həcminə nəzarət edən ermənilərə satılır.

Daha əvvəl “Kanada Livan Bankı” bu sxemlərdə fəal iştirak edirdi, lakin Hizbullah tərəfindən çirkli pulların yuyulması səbəbindən Obama administrasiyasının təzyiqi ilə bağlandı. Bank bu cür fəaliyyətlərin əhəmiyyətli bir faizini alırdı, çünki çirkli pulların yuyulması xidmətləri ucuz deyil.

Faktiki olaraq Köçəryan-Sarkisyan dəstəsi Hizbullah terrorçularının bankına işğal altındakı ərazilərdəki “Söyüdlü” yatağından Qarabağ qızılından pul qazanmağa kömək etdi.

Təbii sərvətləri talan etmək, Azərbaycanın işğal olunmuş ərazilərini dağıtmaq və bu cinayətə xarici şirkətləri cəlb etməklə Ermənistan işğal faktını sübut etməyə çalışır və işğal rejiminin beynəlxalq səviyyədə tanınmasının mümkünlüyünə ümid edir. Onilliklər boyu Dağlıq Qarabağın təbii sərvətlərinin hasilatı hesabına erməni elitası da zənginləşir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3292

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər