ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident Mükafatı alıb  - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident Mükafatı alıb  - FOTO

11:38 - 01 / 08 / 2020
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident Mükafatı alıb  - FOTO

ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb. Maqsudun anası Nigar Pənahova AZƏRTAC-a müsahibəsində danışdı ki, Maqsud hələ Bakıda olarkən məktəbə getməyə başlayıb. Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.

Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Suleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.

Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.

Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzu edir.

S.Xankişiyeva

 

Paylaş:
740

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 06 / 2021, 18:04Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO17 / 06 / 2021, 17:56AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI17 / 06 / 2021, 17:41Van Dammın oğlunun Vətən müharibəsində paylaşdığı şəkil gündəm oldu - FOTO17 / 06 / 2021, 17:3017 iyuna olan vaksinasiya STATİSTİKASI17 / 06 / 2021, 17:19Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı17 / 06 / 2021, 17:13“Qarabağ”ın “Aşdod”la oyununun vaxtı dəqiqləşib17 / 06 / 2021, 17:12Sabah külək güclənəcək - Hava xəbərdarlığı17 / 06 / 2021, 16:47Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO17 / 06 / 2021, 16:43Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO17 / 06 / 2021, 16:27Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb17 / 06 / 2021, 16:14“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır17 / 06 / 2021, 16:09Təhsil Tələbə Krediti Fondunun məqsəd və vəzifələri açıqlanıb17 / 06 / 2021, 15:52FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ17 / 06 / 2021, 15:47Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub17 / 06 / 2021, 15:37Azərbaycanda Enerji effektivliyi fondu yaradılacaq17 / 06 / 2021, 15:30Türkiyə və Rusiya prezidentləri yaxın günlərdə görüşəcək17 / 06 / 2021, 15:09Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN17 / 06 / 2021, 14:47Ceyhun Bayramov Türkiyəyə yola düşüb17 / 06 / 2021, 14:41Göyçayda çətənə yetişdirənlər saxlanılıb - FOTO17 / 06 / 2021, 14:38
Bütün xəbərlər

Next TV