Məsciddə terror törədən avstraliyalıya ömürlük həbs verildi
Yeni Zelandiyanın Kraystçerç şəhərində Məsciddə 15 mart 2019-cu ildə terror aktları törədən avstraliyalı Brenton Harrison Tarrant ömürlük həbs cəzasına məhkum olunub.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Radio New Zealand" radiostansiyası xəbər verib.
"Cinayətləriniz o qədər mənəviyyatsızdır ki, ölənə qədər həbsdə saxlanılsanız belə cəza tələbləri tükənməz qalacaq. Siz mərhəmət etmədiniz, siz yalnız qatil deyil, həm də terrorçusunuz. Yeni Zelandiyanın yeni həyat tərzinə hücum etməyi hədəfə almısınız", - 51 nəfərin ölümü və 38 nəfərin yaralanması ilə nəticələnən terror aktını törətdiyinə görə həbs edilən caninin hökmünü oxuyarkən hakim Kameron Mander deyib.
1news.az
609