Azərbaycan yunan sortu ilə yerli pambığın hibridləşdirilməsinə başlayıb
Azərbaycanda yeni Yunanıstan sortu olan pambığın yerli sortla hibridləşdirilməsinə başlanılıb.
1news.az bildirir ki, bunu Trend-ə açıqlamasında Bitki Mühafizə İnstitutunun direktoru Elçin Xəlilov deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı institut yunan layihəsi həyata keçirir: "Bu layihə çərçivəsində hibridləşmə aparmışıq. Tərtərdə bunun üçün sahə ayrılıb. Hazırda bu istiqamətdə tədqiqat işləri aparılır.
Layihə çərçivəsində yunan, türk və Azərbaycan sortları olan pambıqlardan istifadə edilir. Bu layihədə hibridləşdirilən sortlar Amerika mənşəli yunan sortlarıdır. Amma araşdırmalar göstərir ki, yerli sortlar yunan və türk sortlarından da yüksək keyfiyyətlidir".
1news.az
1034