“E2-E4” - birinci gediş edildi - İndi gediş “qaralarındır” | 1news.az | Xəbərlər
Siyasət

“E2-E4” - birinci gediş edildi - İndi gediş “qaralarındır”

09:57 - 07 / 09 / 2020
“E2-E4” - birinci gediş edildi - İndi gediş “qaralarındır”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin edilən səfiri Nikolaus Piperiqkosun etimadnaməsini qəbul edib. Keçirilən görüşdə ölkə başçısı tərəfindən #Azərbaycan-#Yunanıstan münasibətlərində son illərdə aşağı səviyyədə əməkdaşlığın olması, yeni hökümət dövründə bu əməkdaşlığın yenidən fəallaşması, yeni sahələrdə fəaliyyətin təşkili və ən əsası bu əməkdaşlıqlarla bərabər Azərbaycan-Türkiyə münasibətləri əsasında iki ölkə arasında olan dostluq, qardaşlıq mövqeyinin dəyişməz olaraq qalacağı fikirləri səsləndirilib. Keçirilən görüşə nəzər salan zaman əsas məqamları qeyd edə bilərik.

 I - “Biz əməkdaşlıq etməyə hazırıq”.

“...ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində biz əməkdaşlıq sahələri aşkar edəcəyik ki, bu da bizə diqqəti praktiki məsələlər üzərində cəmləşdirməyə imkan verəcək” - deyən cənab Prezident açıq formada Yunanıstan höküməti ilə genişmiqyaslı işlərin keçirilməsinə maraqlı olduğumuzu bildirib

- Azərbaycan tərəfinin hazır olduğu münasibətlərə öncəki Yunan höküməti laqeyd yanaşmışdır.
“...Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub.” - cənab Prezident bunu öz çıxışda xüsusilə vurğulamışdır. Azərbaycan dövləti Yunanıstan ilə qarşılıqlı münasibətlərin qurulması və inkişafı üçün bundan əvvəlki hökümət zamanı da addımlar atmış lakin qarşı tərəfin mövqeyi laqeyd olmuşdur. Azərbaycan bundan əvvəlki dövrlərdə olduğu kimi, indi də iki ölkə arasında qarşılıqlı münasibətlərin qurulmasına və mövcud münasibətlərin inkişafına hazırdır.

- İlk addımı Azərbaycan atdı, növbəti gedişat Yunanıstandan gözlənilir
“...biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik.” - cənab Prezident tərəfindən bu fikirləri səsləndirməklə, artıq yeni hökümət dövründə soyuq münasibətlərin aradan qaldırılması üçün Azərbaycan tərəfindən ilk addım atılıb. Hal-hazırda qarşı tərəfin fikri və mövqeyi gözlənilir. Məhz bu əməkdaşlığın qurulması təşəbbüsü də bu iki ölkə arasında yaranmış əlaqələrin bərpa olunması istiqamətində hədəflənib. Şahmat “dili” ilə desək - “E2-E4” - birinci gediş edildi. İndi gediş “qaralarındır”.

- Yunanıstanın cavabından asılı olmayaraq Azərbaycan lider mövqedədir
Əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsünü ortaya çıxaran Azərbaycanın bu təklifinə Yunanıstanın cavabının müsbət, yaxud mənfi yönümlü olmasından asılı olmayaraq, Azərbaycan bu təşəbbüskarlıqla öz liderlik mövqeyini nümayiş etdirdi. Göstərilən təşəbbüsə qarşı tərəfdən müsbət cavab gəldiyi zaman ölkəmiz daima yüksək səviyyəli təşəbbüsün səbəbkarı olaraq, əksinə bu təşəbbüsə qarşı tərəfdən münasibət isti olmayacağı halda, “Azərbaycan vaxtı ilə təklif etmişdir” mövqesindən çıxış etməyə haqq qazanacağıq.

 II - İlk növbədə Azərbaycan dövlətinin maraqlarıdır.

- Azərbaycan və #Türkiyə arasında olan dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələri müzakirə olunmur
Səfirlə keçirilən görüşdə “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deyə çıxış edən Prezident birmənalı olaraq iki qardaş ölkənin yaxınlığı və siyasi münasibətlərinin daima öncəlikli olmasını göstərir. Görüşdə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan tərəfi üçün ilk növbədə dövlətin maraqlarıdır. Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə baş tuta biləcək hər-hansı istiqamətli Azərbaycan-Yunanıstan münasibətlərinə nəzərən daima göz önündə olacaqdır -İki ölkə arasındakı güclü münasibətlər müzakirə olunmur.

- “Oyun qaydaları” açıq formada təqdim edildi
İlham Əliyev çıxışında: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” cümləsini qeyd edərək aydın formada mövqemizi ortaya qoymuşdur. Səsləndirilən fikirlər birmənalı olaraq gələcək üçün hədəflənən əməkdaşlığın “yol qaydaları”dır. Prezident İlham Əliyev öz çıxışında da mövqeyimizin açıq formada bilindiyini, Azərbaycan höküməti tərəfindən bu mövqeyin rəsmi olaraq səsləndirildiyini qeyd edib. Azərbaycan daima Türkiyənin, Türkiyə isə daima Azərbaycanın yanındadır. Bu münasibət isə heç bir halda digər ölkələrlə olan qarşılıqlı münasibətlərə görə tənzimlənmir və müzakirə edilmir.

- Azərbaycan-Türkiyə münasibətlərinə şübhə edən tərəflərə bir ismarıc verildi
Yunanıstan səfiri ilə görüşdə göstərilən və ifadə edilən Azərbaycan-Türkiyə münasibəti, münasibətdən əlavə dostluq və qardaşlıq görüşləri təkcə Yunanıstan üçün yox, Azərbaycan-Türkiyə münasibətlərinə şübhə ilə yanaşan hər bir tərəf üçün üçün açıq ismarıc oldu. Artıq bir daha sübut etdi ki, iki ölkə arasında olan tarixi qardaşlıq bağları və siyasi münasibətlərə qarşı heç bir şübhə olmamaqla, müzakirə edilməməlidir.

Görüşdə səsləndirilən bütün bu fikirlər güclü, açıq, əməkdaşlığa etibarllıq nümayiş etdirən ölkə başçısına aid edilə bilər.

Şahin Seyidzadə, Milli Məclisin deputatı

 

Paylaş:
2533

Son xəbərlər

Bütün xəbərlər