Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir.
Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, gənclərimizin vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. Gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir.
1news.az-ın məlumatına görə, bu barədə AzTV-nin “Çıxışa doğru” verilişində aparılan müzakirələr zamanı bildirilib. Verilişin qonaqları Milli Məclisin deputatı Fazil Qəzənfəroglu, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi diktor Şəmistan Əlizamanlı, "Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli və hərbi jurnalist Rəşad Süleymanov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: