Təhsilin keyfiyyəti müasir çağırışlara uyğunlaşdırılmalıdır - “Çıxışa doğru”da MÜZAKİRƏ

Pandemiya dövründə ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, şagirdlərin yeni dərsliklərlə təmin olunması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi məktəblərin pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi bu gün qarşıda duran əsas məsələlərdəndir.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları tarix elmləri doktoru, professor Qabil Əliyev, AMEA-nın Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynova, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov və təhsil eksperti Almaz Hesret mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: