Məktəblərdə sanitar qovşaqlarla bağlı problemin həlli üçün işlər görülür

"Məktəblərdə sanitar qovşaqlarla bağlı problemlər həll edilir".
1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı bəzi məktrəblərdə su probleminin olduğu məlum olub: “Bu, xüsusən kənd məktəblərindədir. Bəzi kəndlərin özündə su problemi var. Nazirlik olaraq, biz həmin məktəblərə suyun daşınmasını təşkil etmişik. Bu problemlərin həlli üçün işlər görülür və görüləcək”
Qafar Ağayev
781