Emin Hacıyev: Türkiyə-Azərbaycan media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfədir | 1news.az | Xəbərlər
Siyasət

Emin Hacıyev: Türkiyə-Azərbaycan media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfədir

11:34 - 11 / 09 / 2020
Emin Hacıyev: Türkiyə-Azərbaycan media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfədir

Bu gün cəmiyyətin keyfiyyət göstəricilərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Dünyaya inteqrasiyanın yolu da məhz informasiya platformalarından keçir.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, eləcə də iri media qurumları rəhbərlərinin Türkiyəyə səfəri və qardaş ölkə ilə mediadan kino sektoruna qədər bir çox sahələrdə ortaq layihələrin reallaşdırılması üçün aparılan danışıqlar ciddi strateji hədəflərə hesablanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Emin Hacıyev məsələ ilə bağlı öz fikirlərini bildirib.

Deputat bildirib ki, bu sahədə həyata keçiriləcək yeni layihələr hər iki ölkəyə qarşı yürüdülən qarayaxma kampaniyası ilə mübarizədə də ciddi rol oynayacaq:

“Beynəlxalq media ilə fundamental əlaqələri olan Türkiyə ilə qurulan bu əməkdaşlıq bizim üçün həm də o baxımdam əhəmiyyətlidir ki, bu bizə ciddi tərəfdaşlar da qazandıra bilər. Digər tərəfdən, ortaq media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfə olar, ortaq türk dili məsələsini yenidən daha ciddi şəkildə gündəmə gətirər. Ümumiyyətlə, Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsünü alqışlamaq lazımdır, bu hər iki millətin informasiya siyasəti tarixində yeni bir mərhələnin ən uğurlu başlanğıclarından biridir”.

S.Xankişiyeva

 

 

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər