Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
S.Xankişiyeva
664