Birinci vitse-prezidentdən Bilik Günü münasibətilə TƏBRİK | 1news.az | Xəbərlər
Rəsmi

Birinci vitse-prezidentdən Bilik Günü münasibətilə TƏBRİK

12:53 - 15 / 09 / 2020
Birinci vitse-prezidentdən Bilik Günü münasibətilə TƏBRİK

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

1news.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"

Qafar Ağayev

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər