Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

22:04 - 16 / 09 / 2020
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

İcmadan 1news.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir.

Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.

Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir, hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.

Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.

Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi düşmənə layiqli cavab verəcəkdir.

Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən təmizlənəcəkdir. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz torpaqlarımıza geri qayıdacağıq".

1news.az

Paylaş:
522

Son xəbərlər

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfransı keçiriləcək05 / 08 / 2021, 18:41Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb05 / 08 / 2021, 18:07“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın ilk iclası keçirilib - FOTO05 / 08 / 2021, 17:56Oranqutan internetin ulduzuna çevrildi - VİDEO05 / 08 / 2021, 17:41Ağsu və Şamaxıdakı yanğın söndürülüb – YENİLƏNİB05 / 08 / 2021, 17:38ABB təmassız ödəniş imkanlarını genişləndirir!05 / 08 / 2021, 17:35“Kubinka”da gənclərə narkotik satan Bibiqulu saxlanılıb – FOTO – VİDEO05 / 08 / 2021, 17:24Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq05 / 08 / 2021, 17:12Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb – FOTO05 / 08 / 2021, 16:38Türkiyədə 15 yerdə yanğın davam edir05 / 08 / 2021, 16:21Milli Məclis: Eldəniz Səlimova deputat maaşı veriləcək05 / 08 / 2021, 16:10Tikintiyə görə ağacları kəsənlər axtarılır05 / 08 / 2021, 16:08Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM05 / 08 / 2021, 15:53Yardımlıda meşə zolağında baş verən yanğın söndürülüb05 / 08 / 2021, 15:26“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər – FOTO05 / 08 / 2021, 15:09İşə qəbul imtahanında 47 minə yaxın müəllim iştirak edib05 / 08 / 2021, 14:53Azərbaycan ordusunun xüsusi təyinatlıları Naxçıvanda taktiki-xüsusi təlim keçirib – FOTO – VİDEO05 / 08 / 2021, 14:14Azərbaycanda yemişin yeni sortları yaradılıb - FOTO05 / 08 / 2021, 14:09Bakıda “Vətən bağı” adlı park salına bilər05 / 08 / 2021, 13:52Ermənilər mövqelərimizi yenə atəşə tutdular05 / 08 / 2021, 13:45
Bütün xəbərlər

Next TV