Tofiq Yaqublu ilə bağlı qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir | 1news.az | Xəbərlər
Siyasət

Tofiq Yaqublu ilə bağlı qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir

16:44 - 19 / 09 / 2020
Tofiq Yaqublu ilə bağlı qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir

Bakı Apelyasiya Məhkəməsinin Tofiq Yaqublunun sağlıq durumunda ciddi problemin yaranmasına yol verməmək üçün barəsindəki həbs qətimkan tədbirini dəyişdirərək ev dustaqlığı ilə əvəz etməsi ətrafında müzakirələr səngimir. Əlbəttə, bu qərar indiki vəziyyətdə ən doğru və vaxtında verilmiş qərardır və mən bunu alqışlayıram. Bu qərar həm də bir çox baxımdan maraq və əhəmiyyət kəsb edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Azay Quliyev Facebook sosial şəbəkədi səhifəsində yazıb:

“Birincisi, Azərbaycan dövləti bu addımı atmaqla bir daha sübut etdi ki, vətəndaşın həyatı və sağlamlığı onun üçün hər şeydən üstündür. Bu qərarla ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyaya mesaj verdi ki, əgər onun vətəndaşının həyatı təhlükədədirsə, kimin nə deməsindən və ona necə qiymət verməsindən, yaxud həmin vətəndaşın hansı siyasi baxışlara sahib olmasından asılı olmayaraq o, öz vətəndaşının xilası üçün hər cür addım atmağa hazırdır və buna qadirdir.

İkincisi, bu qərar həm də onu göstərdi ki, Azərbaycan Prezidenti ictimai rəyə, ziyalı sözünə, Qarabağ qazilərinin, QHT və siyasi partiyaların müraciətinə hörmətlə yanaşır və onlara dəyər verir.

Üçüncüsü, bu qərar humanizm prinsiplərinin dövlət üçün nə qədər önəm daşıdığını və bu ali dəyərin zəruri hallarda siyasi kimliyindən asılı olmayaraq hamıya eyni dərəcədə və tərəddüdsüz tətbiq olunduğunu bir daha təsdiq etdi. Bununla bağlı çoxlu digər misallar da göstərmək olar. Yəqin çoxları səhhətində ciddi problemləri olan bəzi siyasi rəqiblərin və ya onların ailə üzvlərinin müalicəsi, müayinəsi üçün heç bir qarşılıq gözləmədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın etdiklərini yaxşı xatırlayır.

Dördüncüsü, bu qərar həm də Azərbaycan Prezidentinin cəmiyyətə və beynəlxalq ictimaiyyətə açıq bir siyasi mesajıdır: Ölkədə həyata keçirilən islahatlar, siyasi partiyalar və QHT-lərlə aparılan dialoq deklarativ xarakter daşımır, bu islahatların və dialoqun arxasında ciddi siyasi iradə və qətiyyət durur. Ölkədə ictimai barışı və anlaşmanı daha da gücləndirmək, ümummilli maraqlar naminə bütün siyasi və ictimai institutlarla əməkdaşlıq etmək niyyəti səmimidir və davamlıdır.

Beşincisi, bu qərar uzun müddət cəmiyyətin siyasiləşmiş kəsimini düşündürən və narahat edən bir vacib suala da cavab tapdı: İstənilən narazılığın və siyasi məsələnin həlli ölkədən kənarda, beynəlxalq qurumlarda deyil, yalnız və yalnız ölkə daxilində mümkündür. Ölkədaxili hər hansı bir məsələnin həlli Azərbaycan dövlətinə xaricdən edilən təzyiqlərdən və geosiyasi maraqlar naminə qəbul edilən qətnamələrdən keçmir, tam əksinə istənilən həssas və çətin görünən məsələnin həlli ölkəiçi müzakirələrdən və dövlətimizə güvənməkdən keçir. Bu reallığı tarix dəfələrlə sübut edib.

Sonda isə ümid edirəm ki, Tofiq Yaqublu ilə bağlı dövlətimizin sərgilədiyi bu mövqe və siyasi iradə bundan sonrakı siyasi proseslərə, hakimiyyət-müxalifət münasibətlərinə müsbət təsir edəcək, bir sıra digər məsələlərdə yeni dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradacaq. Ancaq onu da qeyd etməliyəm ki, bu müxalifət düşərgəsinin məsləyə yanaşmasından və iqtidarın ortaya qoyduğu siyasi iradəni necə qiymətləndirməsindən daha çox asılı olacaq. Bu mənada hesab edirəm ki, Azərbaycan iqtidarı Tofiq Yaqublu ilə bağlı yaranmış məsələni müsbət həll etməklə siyasi müdrikliyini və böyüklüyünü bir daha nümayiş etdirdi. Lakin, bütövlükdə ölkə müxalifətinin belə bir siyasi müdriklik nümayiş etdirə bilməsi sualı hələ də açıq qalır.

Hazırda müxalifətin qarşısında iki seçim var: ya hakimiyyətin bu jestini düzgün qiymətləndirib bundan sonrakı siyasi islahatların daha da dərinləşməsində yaxından iştirak etmək, ya da 5-ci kalonun, marginallaşmış siyasi qrupların, xaricdən idarə olunan sosial şəbəkə hesablarının və internet TV kanallarının rişxəndlərinə, atmacalarına, özündənrazı ritorikalarına və qazanılan “böyük qələbə” isterikasına qoşularaq, bu qaragüruha boyun əyərək iqtidarı qıcıqlandırmaq yolunu tutmaq və siyasi mühitdə yaranmış tarixi fürsəti qaçırmaq.

Seçim çox deyil, ancaq tarixi və ümummilli maraqlar naminə stratejidir. Ona görə də, bütün ağıllı və rasional düşünən adamlar Tofiq Yaqublu haqqında verilən qərarı qaragürühun “qələbə”si yox, siyasi hakimiyyətin müdrikliyi hesab edir, həm də bu qərarın müxalifət üçün bir sınaq və test olduğunu düşünür.

P.S. Bəzi dairələrin və beynəlxalq qurumların sevimlisinə çevrilən işğalçı Ermənistanın baş naziri Paşinyanın 2018-ci ilin dekabrında həbsxanada aclıq elan etmiş siyasi partiya rəhbəri, jurnalist Mger Yeqizaryana olan münasibətini xatırlatmaq istəyirəm. Erməni ictimaiyyətinin, siyasi partiyaların və ailə üzvlərinin davamlı müraciətinə məhəl qoymayan Paşinyanın laqeydliyi nəticəsində 54 gün aclıqdan sonra Mger Yeqizaryan həyatını itirdi”.

S.Xankişiyeva

 

Paylaş:
786

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər