Ceyhun Bayramov BMT-nin iclasında: “Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə alır” | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BMT-nin iclasında: “Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə alır”

14:43 - 25 / 09 / 2020
Ceyhun Bayramov BMT-nin iclasında: “Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə alır”

Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq məsələsinin aktuallıq qazandığını qeyd edərək, tədbir iştirakçılarına pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın beynəlxalq səylərə verdiyi töhfə, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatı Əlaqə Qrupunun Zirvəsinin çağırılması kimi bir sıra vacib təşəbbüsləri barədə məlumat verib.

Pandemiyanın yalnız sağlamlığa deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir, hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün trans-sərhəd ticarəti, bağlılığı və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər dənizi - Qara dəniz əməkdaşlığının inkişafında fəal rolundan danışıb.

Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə inandığını qeyd edən nazir Ceyhun Bayramov, bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin müstəqilliyə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət etmələrinin zəruri olduğunu səsləndirib.

Tədbir zamanı çıxışında BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb. 12-16 iyul tarixlərində iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd olunub. Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətindən arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən Nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaqdır.

Məlumat üçün bildirmək istərdik ki, QDİƏT Xarici İşlər nazirlərinin video-konfrans formatında iclasında 12 üzv ölkədən 7 ölkə Xarici İşlər nazirləri, 5 ölkə isə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi çıxış edib.

Qafar Ağayev

Paylaş:
577

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər