Xarici işlər naziri Ukraynaya başsağlığı verib
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, öz Twitter səhifəsində yazıb.
“Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik”.
S.Xankişiyeva
412