BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsi bərpa etməyə çağırıb
BMT-nin Baş katibinin Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.
1news.az xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır: "O, güc tətbiq edilməsini pisləyir, insan itkisi və mülki vətəndaşlar arasında ölüm hallarına təəssüflənir".
Baş katib, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırıb.
1news.az