Deputat “London Post”a müsahibə verdi: “Bu gün gərginlik Ermənistanla sərhəddə yox, Azərbaycanın öz ərazisində yaşanır” | 1news.az | Xəbərlər
Siyasət

Deputat “London Post”a müsahibə verdi: “Bu gün gərginlik Ermənistanla sərhəddə yox, Azərbaycanın öz ərazisində yaşanır”

17:08 - 28 / 09 / 2020
Deputat “London Post”a müsahibə verdi: “Bu gün gərginlik Ermənistanla sərhəddə yox, Azərbaycanın öz ərazisində yaşanır”

27 sentyabrda – qoşunların təmas xəttində erməni təcavüzünün başladığı gün Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası işçi qrupun rəhbəri Cavanşir Feyziyev Qarabağda baş verən hadisələrlə bağlı İngiltərənin “London Post” qəzetinə geniş müsahibə verib.

1ne
ws.az müsahibənin tərcüməsini diqqətinizə təqdim edir.


- Ermənistanla sərhəddə yaşanan son gərginliklə bağlı nə deyə bilərsiniz?

- Bu gün gərginlik Ermənistanla sərhəddə yox, Azərbaycanın öz ərazisində, artıq 30 ildir ki, torpaqlarımızı işğal altında saxlayan erməni hərbi qüvvələri ilə təmas xəttində yaşanır. Bu səhər saat 6 radələrində işğal altında olan Qarabağ ərazisində yerləşmiş erməni hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizi ağır artilleriya silahlarından güclü atəşə tutublar. Bir çox evlər dağılıb, həm mülki əhali arasında, həm də hərbçilərimiz arasında ölənlər və yaralananlar var. Təbii ki, cavab olaraq Azərbaycan ordusu da öz növbəsində əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib. Ermənistan dərhal KTMT-ə müraciət edərək hərbi dəstək istəyib və buradan da görünür ki, Ermənistanın məqsədi Azərbaycanı KTMT üzv-dövlətləri ilə qarşı-qarşıya qoymaq olub. Amma aydındır ki, bu təşkilata üzv olmayan bir dövlətin ərazisində baş verən hadisələrə KTMT-nin müdaxilə etmək səlahiyyəti yoxdur. Hadisələr Ermənistan ərazisində yox, Azərbaycanın tərkib hissəsi olan və son üç onillik ərzində ermənilər tərəfindən işğal altında saxlanılan Qarabağ ərazisində baş verir.

- Elə bu yaxınlarda, bu ilin iyul ayında ermənilər sərhəd bölgəsində Azərbaycanın Sərhəd xidməti postlarına hücum etməyə cəhd göstərmişdilər. Bizə çatan xəbərlərdən bilirik ki, bu hücum cəhdi Azərbaycan üçün gözlənilməz olmuşdu. Bu dəfə necə, hücum gözlənilən idimi, əvvəlcədən ermənilərin hücuma hazırlaşdığını göstərən hər hansı işarələr var idimi?

- Hərbi qarşıdurmanın güclənəcəyi gözlənilən idi. Sizin də xatırlatdığınız kimi, iyul ayında ermənilər iki ölkə arasındakı sərhəd zolağında bizim sərhəd xidmətimizə hücum etməyə cəhd göstərmişdilər. Onu da deyim ki, ölkəmizdən Avropaya gedən neft-qaz kəmərləri həmin ərazinin çox yaxınlığından keçir. Buna görə də bizə aydın idi ki, ermənilərin məqsədi nə idi və onlar hansı güclərin göstərişi ilə bu hücumu həyata keçirirdilər. O zaman həm mülki, həm də hərbi itkilər hesabına olsa da Azərbaycan ordusu ermənilərin hücumunun qarşısını ala bildi. Dərhal bu hadisələrdən sonra bizə məlum oldu ki, Ermənistana gizli surətdə silah-sursat ötürülür. Az sonra məlum oldu ki, iyul ayının ortalarından sentyabr ayının əvvəllərinədək Ermənistana çəkisi 1000 tondan artıq olan müxtəlif növlü silahlar daşınıb. O da məlum oldu ki, bu qeyri-qanuni silah təchizatı Rusiya və Serbiya tərəfindən həyata keçirilib. Azərbaycan hakimiyyəti öz iradlarını açıq şəkildə həmin ölkələrə bildirdi. Elə həmin silahlar Ermənistana daşınan zaman, avqust ayında Ermənistan Baş naziri Paşinyan elan etdi ki, torpaqların azad edilməsindən söhbət belə gedə bilməz və əksinə, o Azərbaycanın işğal olunmuş ərazilərində  sayı on minlərlə olacaq könüllülərdən ibarət ordu yaratmaqdadır. Sentyabrın əvvəllərində Ermənistan höküməti bir az da irəli gedərək Liviya, Suriya və İraqda yaşayan ermənilərə müraciət edərək, onları pulsuz evlə və social müdafiə ilə təmin edəcəyinə söz verməklə işğal olunmuş torpaqlara köçməyə dəvət etdi. Az sonra Ermənistan TV-ləri  Livandan Qarabağa köçmüş erməni ailəsini nümayiş etdirirdi. Livanlı ermənilər ASALA terror təşkilatının bayrağı önündə televiziya kameralarına poza verirdilər. Bütün bunlar Ermənistanın hansısa bir təxribata hazırlaşmasından xəbər verirdi. Biz bütün bunlardan çox narahat idik və Ermənistan hökümətinin bəd niyyətini hiss edirdik. Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan da publik çıxışlarından birində demişdi ki, onlar işğal olunmuş torpaqlardan çıxmağa yox, əksinə yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşırlar. Lap bu yaxınlarda Ermənistanın Müdafiə Nazirliyi Qarabağ ərazisində  könüllülərin də iştirakı ilə Ermənistan Ordusunun hərbi təlimlərini təşkil etmişdi. Hətta Ermənistan baş nazirinin xanımı Anna Hakopyan da hərbi geyimdə, əlində Kalaşnikov avtomat silahı ilə həmin təlimlərdə iştirak edirdi. O açıq şəkildə erməni qadınlarını Qarabağda qadınlardan ibarət batalyon yaratmağa çağırırdı. Bütün bunlar bizi narahat edirdi və biz ehtimal edirdik ki, hətta ASALA kimi terror təşkilatlarını da cəlb etməklə ermənilər hansısa bir təxribat törədə bilərlər.

- Sizcə, gərginliyin azaldılması üçün beynəlxalq birlik nə edə bilər?

- Bölgədə hökm sürən daimi gərginlik 90-cı illərin əvvəllərində Ermənistanda yerləşən covet ordusunun dəstəyi ilə Azərbaycan torpaqlarının erməni hərbi qüvvələri tərəfindən işğalının nəticəsidir. 1993-cü ildə BMT TŞ-nın bütün erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 Qətnaməsi qəbu olundu. Buna baxmayaraq Ermənistan artıq 30 ildir ki, bu Qətnamələri yerinə yetirməkdən imtina edir. Əksinə bütün bu müddət ərzində Ermənistan bölgədə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək üçün qeyri-qanuni yollarla Yaxın Şərq ölkələrindən gətirdiyi ermənilərlə işğal etdiyi ıəraziləri məskunlaşdırmağa çalışır. Keçən 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə bizim maddi-mədəni irsimizi dağıtmaqla  bu torpaqlarda min illərlə yaşamış Azərbaycanlıların bütün izlərini silib yox etməyə çalışdı.  Beləliklə, bölgədə gərginliyin azaldılması və hətta tamamilə aradan qaldırılması yalnız Ermənistanın işğalına son qoymaqla mümkündür. Bu işğala son qoymaq üçünsə Ermənistan öz qeyri-qanuni hərbi birləşmələrini dərhal və heç bir qeyd-şərtsiz Azərbaycan ərazilərindən çııxartmaqla BMT TŞ-nın Qətnamələrini yerinə yetirməlidir.

- Qarabağ münaqişəsinin həllində Rusiya hansı rolu oynaya bilər?


- Rusiya bu münaqişənin sülh yolu ilə həllini təmin etməli olan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Yəqin ki, bilirsiniz, digər həmsədr ölkələr Fransa və ABŞ-dır. Təəssüf ki, yaranmasından 30 il keçməsinə baxmayaraq Minsk Qrupu münaqişənin həll edilməsində heç bir uğur qazana bilməyib. Əksinə,atəşkəs rejimindən istifadə edən Ermənistan tutduğu Azərbaycan torpaqlarını qeyri-qanuni olaraq məskunlaşdırmağa başladı. Hamımız bilirik ki, bizim torpaqlarımız 90-cı illərin əvvəllərində Ermənistanda yerlışən sovet qoşunlarının köməyi ilə işğal edilib. Daha sonra oxşar münaqişələr Moldova, Gürcüstan və Ukraynada da baş verdi. Əminəm ki, bu münaqişələri yaratmaqda məqsəd bu ölkələrin Avropa ailəsinə inteqrasiyasını əngəlləmək idi. Rusiya həmişə münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olduğunu açıq deyib, amma təəssüf ki, son 30 il ərzində bu məsələnin ölü nöqtədən tərpənməsinə nail ola bilməyib. İnanmaq istərdim ki, bu dəfə Rusiya öz ərazi bütövlüyünü təmin etməkdə Azərbaycanın səylərini dəstəkləyəcək.

- ABŞ-nın regionda rolu nədən ibarətdir və sizin ondan gözləntiləriniz nədir?

- ABŞ Minsk Qrupuna həmsədrlik edən  3 dövlətdən biridir, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. ABŞ həmçinin Azərbaycanın Avropa siyasi-iqtisadi sisteminə inteqrasiyasını da dəstəkləyir. Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Rusiyaya alternativ olan yeganə enerji mənbəyi rolunu oynayır. ABŞ bunu yüksək qiymətləndirir və Avropanın enerji təminatında Azərbaycanın rolunu dəstəkləyir.

- Belə  bir zamanda Avropa İttifaqından və Böyük Britaniyadan nə kimi dəstəyə ehtiyacınız var?

- Həm Avropa İttifaqı və həm də Böyük Britaniya Azərbaycanın ən böyük biznes tərəfdaşları və ən böyük sərmayəçiləridir. Onlar bu münaqişənin bütün detallarını çox yaxşı bilirlər. Biz böyük ümidlər bəsləyirik ki, həm Avropa İttifaqı və həm də Böyük Britaniya bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklər, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasında ölkəmizə dəstək verəcəklər.

- Çin bu münaqişədə nə kimi rol alır və Çinlə əlaqələriniz hansı səviyyədədir?

- İndiyədək Çin bu münaqişənin həlli prosesində heç bir şəkildə iştirak etməyib, amma dünyanın digər iri dövlətləri kimi, Çin də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini həmişə bəyan edib. Azərbaycan “Bir yol- bir kəmər” layihəsi çərçivəsində Çinlə uğurlu əməkdaşlıq edir. Hazırda Azərbaycan öz ərazisində yaratdığı beynəlxalq nəqliyyat qovşağı sayəsində Çini Avropa ilə birləşdirən ən vacib həlqəyə çevrilib. 

- Oxucularımıza əlavə bir sözünüz varmı?


- Əlavə olaraq demək istəyirəm ki, Azərbaycan heç vaxt heç bir dövlətə qarşı torpaq iddialarında olmayıb, amma öz torpaqlarını da heç kimə vermək fikrində deyil. Tarixdə ilk erməni dövləti  hələ 1918-ci ildə  böyük güc sahiblərinin təzyiqi nəticəsində məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Indi 100 il sonra yenidən bizim torpaqlarımızda ikinci erməni dövlətinin yradılmasına imkan verə bilmərik. Bütün işğal olunmuş ərazilərimiz azad olunmalı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz dogma torpaqlarına, öz evlərinə qayıtmalıdırlar.

Müsahibənin linki: http://thelondonpost.net/armenia-must-vacate-all-azerbaijani-occupied-territories-one-million-refugees-return-home-dr-javanshir-feyziyev/

Qafar Ağayev

Paylaş:
230

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər