Tramp Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Tramp Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirib

11:27 - 28 / 09 / 2020
Tramp Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirib

“ABŞ rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyəti yaxından izləyir və artan münaqişənin qarşısını almağa çalışır”.

1news.az “TASS”-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Çox yaxından izləyirik. Bu, təzə baş verib, bu barədə məlumatım var. Bu bölgədə çoxları ilə yaxşı münasibətlərimiz var. Baxacağıq, görək bunu (münaqişəni – red.) dayandıra bilirikmi?!” – deyə Ağ Ev rəhbəri bildirib.

1news.az

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər