Hikmət Hacıyev: Bütün bunlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən həyata keçirilən təxribatdır
"Hadisələrin bu məcrada davam etməsini gözləmək olardı. Bununla bağlı Azərbaycan öz narahatlığını və belə hücumun gözlənilməsini beynəlxalq təşkilatlara bildirmişdi" .
1news.az xəbər verir, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında çıxış edən Prezidentin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev deyib:
"Prezidentimiz İlham Əliyev BMT-nin 75-ci sessiyasında ümumi debatlarda çıxışı zamanı Ermənistanın tərəfindən qoşunların təmas boyunca öz qoşunlarını konsentrasiya etməsi və əlavə hərbi tədbirlər görməsi barədə də məlumat vermişdi".
"Bütün bunlar eyni zamanda Tovuz hadisələrindən başlayaraq artan dinamika üzrə davam edən regional təhdidin mənzərəsidi. Bütün bunlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən həyata keçirilən təxribatdır" - deyə, Hacıyev fikirlərinə əlavə edib
Qafar Ağayev