Nigar Arpadarai Al Jazeera verilişində: “Azərbayan Ermənistan ərazisində döyüşmür” – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Nigar Arpadarai Al Jazeera verilişində: “Azərbayan Ermənistan ərazisində döyüşmür” – VİDEO

17:03 - 30 / 09 / 2020
Nigar Arpadarai Al Jazeera verilişində: “Azərbayan Ermənistan ərazisində döyüşmür” – VİDEO

Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai Əl-Cəzirə telekanalının Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına həsr olunmuş xəbər proqramının qonaqlarından biri olub.

Proqramdakı müzakirələr əsasən cəbhədəki gərginliyin səbəbləri və böhrandan çıxış yolları ətrafında aparılıb.

Nigar Arpadarai qeyd edib ki, münaqişənin hazırkı kəskinləşməsi Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə və hərbi obyektlərinə qarşı uzunmüddətli silahlı təxribatlarının nəticəsidir. Və bunlar yalnız son vaxtlar deyil, 30 ildir baş verir.

Məhz Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20% -ni işğal altında saxladığını, silahlı təcavüz və Azərbaycan əhalisinin etnik təmizlənməsi nəticəsində onlara nəzarət etdiyini deyən Nigar Arpadarai, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün olduğunu da diqqətə çatdırıb:

“Bu gün işğal davam edir və bu fakt çoxsaylı beynəlxalq sənədlərdə, xüsusən də BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına çağıran dörd qətnaməsində öz əksini tapıb” deyən millət vəkili, erməni tərəfinin uzun illərdir ki, həmin qətnamələrin tələblərinə məhəl qoymadığını söyləyib.

Nigar Arpadarai, həmçinin son illərdə Ermənistanın siyasi rəhbərliyinin Yaxın Şərqdən olan erməni mənşəli insanları buraya yerləşdirərək Dağlıq Qarabağın qanunsuz məskunlaşdırılması siyasətindən bəhs edib.

Yerevandan olan bir müzakirə iştirakçısının Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağla heç bir əlaqəsi olmadığını şərhinə cavab olaraq Nigar Arpadarai, Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın əlində avtomat silahla Qarabağda hərbi formada çəkdirdiyi fotoları, eləcə də Dağlıq Qarabağda olan Ermənistanın müdafiə nazirinin fotoşəkilləri nümayiş etdirib.

Millət vəkili təmas xəttindən 100 km məsafədə Azərbaycanın Naftalan şəhərində bir gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin mərmisinin dağıtdığı evin fotolarını da göstərib. Bildirib ki, həmin evin dağıdılması zamanı ikisi məktəbli olmaqla eyni ailədən 5 nəfər həyatını itirib:

“Azərbaycan Ermənistan ərazisində döyüşmür, Azərbaycan sərhədini və vətəndaşlarını qoruyur” deyən Nigar Arpadarai, erməni tərəfinə müraciət edərək deyib: “Əgər sülh istəyirsinizsə, Azərbaycan torpaqlarını azad etməyə başlayın”.

Müzakirəyə ATƏT-in Minsk qrupundakı vasitəçilərdən biri olmuş keçmiş Amerika diplomatı Metyu Brayza da qatılıb. O da öz növbəsində münaqişə zonasında vəziyyətin gərginləşməsinin hazırkı mərhələsindən narahatlığını dilə gətirib, lakin tezliklə tərəfləri danışıqlar masasına qaytarmağın mümkün olacağına inandığını bildirib.

Yelena Ostapenko

Paylaş:
472

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər