Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub – FOTO

18:15 - 30 / 09 / 2020
Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub – FOTO

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, erməni hərbi birləşmələri kənd və digər yaşayış massivinə ağır artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən erməni ordusu çıxış yolunu təxribalara əl atmaqda görür. Erməni hərbi birləşmələri artıq mülki şəxsləri hədəf almaqla acizliklərini sübuta yetirirlər.

Görüntülər Füzuli rayonundandır. Erməni hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə deyil, rayonun kəndlərinə atəş açır. Nəticədə xeyli evə külli miqdarda ziyan dəyib.

S.Xankişiyeva

 

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər