Mario Raffelli: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər | 1news.az | Xəbərlər
Siyasət

Mario Raffelli: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər

20:46 - 30 / 09 / 2020
Mario Raffelli: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan Adnkronos xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində yaranmış şəraitdə ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri, İtaliyanın sabiq xarici işlər nazirinin müavini Mario Raffellidən müsahibə götürüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, müsahibəsində M.Raffaelli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasının çox narahatedici olduğunu bildirir və əlavə edir ki, münaqişə ilə bağlı status-kvonun saxlanılması onun hər an alovlanmağa gətirib çıxaracağını düşünməyə əsas verirdi.

M.Raffaelli qeyd edir ki, gərginliyi dayandırmaq üçün güclü beynəlxalq təşəbbüsə ehtiyac vardır və hazırda münaqişənin başlamasından otuz il sonra həll yolu tapılmasına cəhd etmək lazımdır. O, Minsk konfransına sədr olduğu dövrdə BMT TŞ-nın dörd qətnaməsinin təşəbbüskarı olduğunu bildirir və xatırladır ki, qətnamələr “hələ də masa üzərində olan, lakin heç vaxt həyata keçirilməmiş sənədlərdir”.

Müsahibəsində M.Raffaelli vurğulayır ki, həll yolunun elementləri hələ də həmin sənədlərdədir, həmişəki kimi prinsipləri uyğunlaşdırmaq lazımdır, lakin həmin prinsiplər də o sənədlərdədir. M.Raffaelli qeyd edir ki, siyasi həll yoluna kömək edən fərqli mühit üçün iqtisadi və ticarət fəaliyyətlərinin bərpasına imkan verən düşmənçilik aktlarının dayandırılması və monitorinq vəziyyətindən istifadə etmək lazım idi. Bildirir ki, bu, böyük potensiala malik ərazidir, həmçinin son otuz il ərzində iqtisadi cəhətdən çox güclənmiş və çox vacib olan regionda investisiyalar həyata keçirən Azərbaycanın böyük töhfəsi ola bilər və bu münaqişə hamının zərərinədir.

M.Raffaellinin fikrincə, unudulmamalı olan vacib siyasi məqam odur ki, müstəqilliyin (Dağlıq Qarabağın) elan edilməsi hətta Ermənistanın da tanımadığı bir şeydir və Azərbaycan tərəfi razı olmayacağı təqdirdə heç vaxt uğur qazana bilməz. Digər tərəfdən, həmçinin əvvəlki status kvoya qayıdılması, yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində adi region olması cəhdi də fikirləşilməli deyil.

O vurğulayır: “Bunun üçün 1993-cü ildə mümkün həll yolu kimi Cənubi Tirol modelini irəli sürmüşdüm və izah etmişdim ki, daxildə adi muxtariyyət Dağlıq Qarabağ əhalisi üçün qəbuledilən və ya zəmanət verilən ola bilməz və müstəqillik qeyri-praktikidir, bu muxtariyyət modeli yalnız İtaliyada Cənubi Tirol kimi bu muxtariyyət modeli və yalnız beynəlxalq zəmanət ilə ola bilər. Azərbaycan tərəfi bu təklifə qulaq asmışdı”. M.Raffaelli bildirir ki, Minsk Qrupu və ya həmsədrlər əllərində olan mexanizmlər vasitəsilə daha güclü şəkildə vasitəçilik fəaliyyətinə başlamalıdılar.

S.Xankişiyeva

 

Paylaş:
276

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər