Sahibə Qafarova: İnanırıq ki, ordumuzun əks-hücum əməliyyatı işğala son qoyacaq | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: İnanırıq ki, ordumuzun əks-hücum əməliyyatı işğala son qoyacaq

11:55 - 30 / 09 / 2020
Sahibə Qafarova: İnanırıq ki, ordumuzun əks-hücum əməliyyatı işğala son qoyacaq

Milli Məclisin sədri: “Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları davam edir".

1news.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki, Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində bir sıra ərazilərimizi və mühüm strateji yüksəklikləri düşməndən azad edib:

“Biz inanırıq ki, ordumuzun bu əks-hücum əməliyyatı işğala son qoyacaq və biz qələbə gününü qeyd edəcəyik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönəcək”.

Qafar Ağayev

 

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər