Azərbaycan Kubada səfirlik açacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Kubada səfirlik açacaq

12:06 - 30 / 09 / 2020
Azərbaycan Kubada səfirlik açacaq

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi daxil edilib.

1news.az xəbər verir ki, müzakirələr zamanı səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.

Qafar Ağayev

 

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər