Anar Eyvazov: Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb | 1news.az | Xəbərlər
Siyasət

Anar Eyvazov: Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

19:36 - 01 / 10 / 2020
Anar Eyvazov: Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil texnikası, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.

S.Xankişiyeva

 

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər