Emin Hacıyev: Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşdü | 1news.az | Xəbərlər
Siyasət

Emin Hacıyev: Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşdü

21:35 - 01 / 10 / 2020
Emin Hacıyev: Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşdü

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə aciz duruma saldı. 

Cənab Prezident rusiyalı jurnalsitlərin suallarına qətiyyətli, yüksək siyasi intellektə və beynəlxalq hüquqa əsaslanan cavablar verməklə Rusiya ictimaiyyətinə və geniş auditoriyaya Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin gerçək mahiyyətini çatdırdı. Bildirdi ki, Ermənistan sentyabrın 27-dən hərbi təxribatlara başlayaraq Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə məruz qoyub. Bu təcavüz nəticəsində Azərbaycanın dinc sakinləri, o cümlədən uşaqlar həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur qalmışıq. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrimizi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib. 

Cənab Prezident Ermənistanın hərbi təyyarəsinin guya Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması kimi suallara cavabında bütün bu şayiələrin təxribat xarakteri daşıdığını, “feyk-nyus” olduğunu vurğuladı. Cənab Prezident xatırlatdı ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil. Türkiyənin hərbi əməliyyatlarda rolu ilə bağlı suala gəlincə, cavab konkret oldu: “Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur”. Ali Baş Komandan bəyan etdi ki, Türkiyənin hərbi əməliyyatlarda iştirakı üçün hər hansı zərurət yoxdur, Azərbaycan Ordusu öz xalqının və ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. 

Verilişdə daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsi oldu. Paşinyan özünün zəif, rabitəsiz, sönük və uğursuz çıxışı ilə yadda qaldı. Baş nazir növbəti dəfə absurd iddialarını, ənənəvi yalanları təkrarlayıb, bununla özünü gülünc vəziyyətə saldı. Paşinyanın zəif çıxışı işğalçı Ermənistanın haqsız tərəf olması faktını bir daha sübut etdi. Beləliklə, Paşinyan cəbhədəki döyüşlərdə olduğu kimi bu platformada da Azərbaycan Prezidentinə uduzaraq, onun yüksək peşəkarlığı və qətiyyətli çıxışı qarşısında aciz duruma düşdü. Bütün bunlar Azərbaycanın mübarizəsində haqlı olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğumuzu göstərir. Biz öz topaqlarımız uğrunda mübarizədə qalib gələcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi, biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim torpaqlara tərəf baxmağa cəsarət etməsin.

Emin Hacıyev

Milli Məclisin deputatı

 

Paylaş:
397

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər