Tural Gəncəliyev: “Makron doğub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?!”
Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik.
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, parlament kürsüsündən Makrona müraciət edir: "Əgər onun doğub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur.
Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. Həmsədrlik institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir".
1news.az