Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib

19:55 - 02 / 10 / 2020
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib

Azərbaycan Ordusunun qətiyyətli zərbələri qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, qəhrəman hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir neçə - ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgərlər ləvazımatları və s. aşkarlanıb. Hərbi texnikaların çox istifadəyə yararlıdır.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş fotoqrafı İlqar Cəfərov düşmənin ələ keçirilən hərbi avtomobillərinin fotoşəkillərini çəkib. Fotoşəkilləri təqdim edirik.

S.Xankişiyeva

 

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər