Azərbaycan Prezidenti: Madagiz bizimdir! Qarabağ Azərbaycandır! | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Madagiz bizimdir! Qarabağ Azərbaycandır!

19:30 - 03 / 10 / 2020
Azərbaycan Prezidenti: Madagiz bizimdir! Qarabağ Azərbaycandır!

“Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev twitter hesabında yazıb:

“Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Madagiz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Madagizi işğal edib.

S.Xankişiyeva

 

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər