“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə - VİDEO

13:34 - 07 / 10 / 2020
“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni qadınla iki Azərbaycan əsgərinin söhbət etdiyi anın görüntüləri paylaşılıb.

1news.az xəbər verir ki, əsgərlərdən biri qadının adını, əslən haradan olduğunu soruşub. Qadın adının Aznel və əslən Ermənistandan olduğunu, lakin Qarabağda yaşadığını və mağazada satıcı işlədiyini deyib.

Əsgərin "Biz Azərbaycan əsgəriyik. Biz öz Vətənimizdəyik" sözlərinə isə qadın "Evinizə xoş gəlmisiniz" deyə cavab verib.

1news.az

Paylaş:
847

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər