“Siyəzən Broyler” ASC-nin kollektivi  Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Siyəzən Broyler” ASC-nin kollektivi  Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

19:20 - 09 / 10 / 2020
“Siyəzən Broyler” ASC-nin kollektivi  Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin işğalı altında olan Qarabağın azad edilməsi üçün tarixi hərbi əməliyyatlar keçirir.

Rəşadətli əsgərlərimizin döyüş meydanında göstərdikləri misilsiz igidlik hamımızı illərdir həsrətlə gözlədiyimiz böyük Qələbəyə yaxınlaşdırır. Biz, “Siyəzən Broyler” ASC-nin kollektivi olaraq  fəxr edirik ki, Vətən torpağına göz dikən istənilən düşmən qüvvələrini torpaqlarımızdan birdəfəlik olaraq qovub çıxarmaq gücünə malik bir dövlətə, bir orduya, bir xalqa sahibik!

Milli Ordunun zəfərlərinə dəstək olaraq, “Siyəzən Boryler” ASC-nin əməkdaşları öz məvaciblərindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat ianə etdiblər. Biz həmişə müzəffər Ordumuzun yanındayıq!

Qarabağ Azərbaycandır!

#KarabakhIsAzerbaijan

Paylaş:
602

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər