Azərbaycanda olan xarici diplomatlar Gəncəyə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda olan xarici diplomatlar Gəncəyə səfər edib

13:10 - 12 / 10 / 2020
Azərbaycanda olan xarici diplomatlar Gəncəyə səfər edib

Xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.

1news.az-ın məlumatına görə, diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədi diplomatları Ermənistanın günahsız mülki insanlara və kritik enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Diplomatlar daha sonra Mingəçevirə gedəcəklər.

Qafar Ağayev

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər