Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər - FOTO

14:26 - 12 / 10 / 2020
Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər - FOTO

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri hazırda Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidədirlər.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər.

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

1news.az

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər