Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır

18:17 - 14 / 10 / 2020
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır.

Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir", - nazirliyin məlumatında qeyd olunub.

S.Xankişiyeva

 

 

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər