Hikmət Hacıyev: Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq - VİDEO

Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter-dəki hesabında yazıb.
H.Hacıyev bildirib: "79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq".
S.Xankişiyeva
566