Macarıstan parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Macarıstan parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

16:13 - 16 / 10 / 2020
Macarıstan parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan parlamentinin sədri Laslo Köver Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.

Milli Məclisdən verilən məlumata görə, L.Köver cari il 27 sentyabr tarixindən cəbhə xəttində baş verənlər haqqında ətraflı məlumatlara görə həmkarına təşəkkürünü bildirib və mülki insanların ölümü ilə nəticələnən qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu qeyd edib.

L.Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin spikerlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə Ermənistanın 27 sentyabrdan etibarən cəbhə xəttində törətdiyi təxribatlar haqqında məktublar ünvanlayıb. Məktublarda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın şəhər və rayonlarının artilleriya və raketlərdən atəşə tutulması, işğalçı ölkə tərəfindən mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması haqqında geniş məlumat verilib, həmçinin Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə, vandallıq aktlarına və işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunub.

1news.az

Paylaş:
455

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər