General Yücel Karauz: Döyüş meydanında biabırçı şəkildə məğlub olan düşmən intiqam üçün Azərbaycanın mülki insanlarını hədəf alır | 1news.az | Xəbərlər
Siyasət

General Yücel Karauz: Döyüş meydanında biabırçı şəkildə məğlub olan düşmən intiqam üçün Azərbaycanın mülki insanlarını hədəf alır

18:43 - 17 / 10 / 2020
General Yücel Karauz: Döyüş meydanında biabırçı şəkildə məğlub olan düşmən intiqam üçün Azərbaycanın mülki insanlarını hədəf alır

Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Düşmən məkrli, hiyləgər və riyakardır.

Bir tərəfdən özü haqqında məzlum obraz yaratmağa çalışan Ermənistan digər tərəfdən də dinc azərbaycanlı əhaliyə divan tutur. Lakin Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında istefada olan türkiyəli general Yücel Karauz bildirib.

Döyüş meydanında biabırçı vəziyyətdə məğlub olan düşmənin intiqam almaq üçün Azərbaycanın mülki insanlarını hədəf aldığını diqqətə çatdıran general Yücel Karauz deyib: “Azərbaycanda dinc əhalinin hədəf alınmaq Ermənistanın barbarlığı, faşizm qaydaları ilə idarə olunmasının təsdiqidir. Əslində burada yenilik yoxdur. İşğalçı dövlət Azərbaycan torpaqlarını da eyni üsullarla qəsb edib. İndi bu qeyri-insani hərəkətləri öz işğalçılıq siyasətini qorumaq məqsədilə tətbiq edir”.

Düşmən qüvvələrin Gəncə, Mingəçevir, Goranboy, Ağcabədi, Naftalan və Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan digər yaşayış məskənlərini hədəf almasının Ermənistanın hüquq tanımayan cinayətkar rejim tərəfindən idarə olunmasını bir daha təsdiq etdiyini vurğulayan general Yücel Karauz bildirib ki, müzəffər Azərbaycan Ordusu düşmənin şərəfsiz hərəkətlərinə məhəl qoymadan ləyaqətlə zəfər salnaməsini yazır. Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşməsi Milli Ordumuzun gücünü daha da artırır, qələbə rəhnini daha da yüksəldir.

S.Xankişiyeva

 

Paylaş:
328

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər