Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

16:55 - 19 / 10 / 2020
Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Oktyabrın 19-da  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumatına görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarəsinin   fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sferada Avropa İttifaqının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Baş Prokuror, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişənin törədilməsini,  o cümlədən mülki əhalinin sıx yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyən Avropa İttifaqının bəyanatlarını yüksək qiymətləndirmiş, həmçinin münaqişənin mahiyyəti barədə məlumat verməklə sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artileriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralanmasını xüsusilə vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kestutis Yankauskas ikitərəfli münasibətlərə toxunaraq Avropa İttifaqının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Avropa İttifaqının nümayəndəsi ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlənib, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada ATƏT-in Minsk qrupunun iştirakı ilə baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edilib.

Həmçinin, Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanın ərazi bütovlüyü və suverenliyinin tanınmasının təmsil etdiyi qurumun rəsmi sənədlərində dəfələrlə təsdiq edildiyini xüsusilə vurğulanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Avropa İttifaqı tərəfindən bəyanatla pislənildiyini bildirməklə, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu kimi mətbuat konfranslarının tez-tez keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Kestutis Yankauskas missiya rəhbəri kimi Gəncə şəhərində dinc əhaliyə qarşı törədilmiş cinayətləri pislədiyini bir daha xüsusilə qeyd edib.

Yekunda maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər, o cümlədən Avropa İttifaqının  “TAİEX” və “ TWINNING” layihələrinin əhəmiyyəti müzakirə edilmiş, həmçinin faydalı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
376

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər