Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir

17:26 - 19 / 10 / 2020
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir

“Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər.

Lakin yağı düşmən bu dəfə də riyakarlıq edərək atəşkəsin ilk anından Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti bununla növbəti dəfə açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını təsdiqləmiş oldu. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin televiziya kanallarına müsahibələrində, həmçinin xalqa müraciətlərində daim bu faktı diqqətə çatdırır ki, hakimiyyətə zor gücünə gələn N.Paşinyan ilk gündən danışıqların formatının dəyişdirilməsinə, qondarma “Dağlıq Qarabağ respublikası”nı tərəf kimi danışıqlar prosesinə cəlb etməyə səy göstərməklə, həmçinin “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə, işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətini həyata keçirməklə danışıqlar prosesində maraqlı olmadığını nümayiş etdirib”.

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını bəyan edir, amma dünya Ermənistanın bu cinayət əməllərinə seyrçi mövqedə dayanır: «Bax, bu cür ikili standartlara əsaslanan yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusu dünya birliyinin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə “gözlə-gözlə” deməklə Ermənistana vaxt qazandırmaq üçün atdıqları addımlara döyüş meydanında cavab verdi. Hər gün cəbhə bölgələrindən gələn qələbə xəbərləri Ermənistanı və onun havadarlarını məyus etməyə bilməz. Azərbaycan işğalçıya, eyni zamanda, dünya dövlətlərinə döyüş meydanında gücünü, malik olduğu imkanları göstərir. Oktyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev özünün rəsmi “Twitter” hesabında növbəti qələbə xəbərini- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!

Baş redaktor bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın
9-10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq bu razılaşmadan heç bir gün keçməmiş cəbhə bolgəsindən xeyli uzaqda yerləşən Gəncəni raket atəşinə tutaraq soyqırımı aktı törətdi, dünya susdu. Oktyabrın 18-də növbəti humanitar razılaşma əldə edildi, dərhal Ermənistan razılaşmanı kobud şəkildə pozdu, dünya yenə də susur: «Bu susmalar həmin dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara hansı dividendi gətirə biləcəyi sual doğurur. Kasıb, iqtisadi tənəzzül içərisində çabalayan Ermənistanın bu şəkildə silahlanmaya maddi imkanı yol verə bilməz. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir ki, təqdim edilən siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib, döyüş zamanı bunun dəqiq hesablaması mümkün deyil. Azərbaycan döyüş meydanında tam üstünlük əldə edərək Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarıb. Ancaq sual olunur: Bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Statistikaya müraciət edək. Ermənistanın hərbi, ümumilikdə dövlət büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Ermənistanın sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. Amma həm işğal edilmiş torpaqlarımızda, həm də Ermənistanda onların texnikası qalıb. Dünya bu sual ətrafında düşünməlidir ki, bu silahlar kim tərəfindən işğalçıya hədiyyə edilir?»

V.Rəhimzadə bu məqama diqqəti yönəldib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın silahlandırılmasını görməzdən gəlir, amma bəzi hallarda silah alınması ilə bağlı ölkəmizə qarşı əsassız iradlar irəli sürülür: «Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları göz önündədir. Ermənistandan fərqli olaraq Azərbaycan dünyada iqtsadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Müharibə şəraitində yaşayan, ən əsası torpaqları işğal altında olan dövlətin hərbi büdcəsini artırması, ordusunun maddi-texniki bazasını möhkəmləndirməsi onun suveren hüququdur. İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, həmçinin mülki əhalini atəşə tutmasına vasitəçi olmaq isə özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Budur, dünyanın ikili siyasətinin əyani sübutu.»

Baş redaktor bildirib ki, bu gün dünyaya bu çağırış olunur: İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirməz. Silahlandırmaya, baş verən terror aktlarına, insanlığa qarşı cinayətə göz yummamaqla cinayətkarı ədalətə sövq etmək olar. Azərbaycan dövləti döyüş meydanında üstünlüklərə malik olsa da hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu bildirir. Ermənistanın danışıqlar masası ətrafında oturması üçün onun «başına sığal çəkilməsinə» son qoymağa böyük ehtiyac var. Diplomatik müstəvidə, döyüş meydanında qələbə qazanan Azərbaycan zəfərləri ilə tarixini daha da zənginləşdirir, bu reallığı Ermənistana və onun havadarlarına bir daha sübut edir- Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
390

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər