Prezident Elçin Quliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Elçin Quliyevi təbrik edib

09:21 - 19 / 10 / 2020
Prezident Elçin Quliyevi təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

1news.az 

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər