Jalə Əliyeva: Erməni vandallarının danışıqlar masası arxasında hansısa qurucu, konstruktiv təklif irəli sürmək istəkəri yoxdur
“Bunlar “humanitar atəşkəs” üçün Azərbaycana iki dəfə minnətçi düşdülər və üç ölkənin xarici işlər nazirlərinin 11 saat keçən görüşünün nəticəsində atəşkəs elan edildi. Atəşkəs sazişinin mürəkkəbi qurumadan ermənilər Gəncəyə raket ataraq, mülki əhaliyə qarşı genosid törətməklə bu sazişi pozdular. Sivil, mülki insanlara qarşı hərbi cinayət həyata keçirdilər. Guya bu gün də danışıqlar masasına oturacaqlarmış kimi bəyanatlar irəli sürürlər”.
Bunu millət vəkili Jalə Əliyeva ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycanda Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünün və xarici işlər nazirlərinin Moskva-ABŞ səfərlərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
J.Əliyeva bildirib ki, bu gün Azərbaycan xarici işlər naziri ilə erməni nazirinin ABŞ-da təşkil olunan görüşündən sonra 2 ölkə prezidentinin Moskvada bir masa arxasına gətirilməsi ehtimalı müzakirə olunsa da, hələlik bu görüş üçün münbit şərait yetişməyib:
“Prezidentin köməkçisi Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, hələlik biz bu görüşlərin konstruktiv ola biləcəyinə inana bilmərik. Çünki bunun üçün Ermənistan Azərbaycana qarşı destruktiv əməllərindən geri çəkilməlidir. Hələlik erməni hakimiyyəti tərəfindən belə bir addımı görmədiyimizdən atəşkəs, danışıqlar ciddi müzakirə mövzusu deyil. Çünki istər cəbhə bölgəsində, istərsə də bir-birinin ardınca Azərbaycanın mülki insanlarının raket atəşinə tutulması, elə XİN rəsmilərinin danışıqlara dəvət edildiyi bu günlərdə cəbhə bölgəsindən çox-çox uzaqda olan Siyəzənin, Kürdəmirin, Qəbələnin və digər ətraf rayonların bombalanması, artilleriya atəşinə məruz qoyulması da bunu deməyə əsas verir. Görünür ki, erməni vandallarının danışıqlar masası arxasında hansısa qurucu, konstruktiv təklif irəli sürmək istəkəri yoxdur”.
Mənbə: hafta.az