Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “Məktəb bülletenləri” hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “Məktəb bülletenləri” hazırlanacaq

12:43 - 28 / 10 / 2020
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “Məktəb bülletenləri” hazırlanacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “məktəb bülletenləri”nin hazırlanması nəzərdə tutulur.

İdarədən 1news.az-a verilən məlumata görə, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.

“Məktəb bülletenləri”nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qafar Ağayev

Paylaş:
313

Son xəbərlər

Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21
Bütün xəbərlər