İlham Əliyev Gürcüstanın Baş nazirini parlament seçkilərində qələbə münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gürcüstanın Baş nazirini parlament seçkilərində qələbə münasibətilə təbrik edib

16:31 - 01 / 11 / 2020
İlham Əliyev Gürcüstanın Baş nazirini parlament seçkilərində qələbə münasibətilə təbrik edib

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

1news.az

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər