Londonda erməni terrorunun qurbanları yad edildi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Londonda erməni terrorunun qurbanları yad edildi – FOTO

22:10 - 01 / 11 / 2020
Londonda erməni terrorunun qurbanları yad edildi – FOTO

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin  Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər. Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini  ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.

S.Xankişiyeva

 

 

Paylaş:
561

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər