Azərbaycan MN: “Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan MN: “Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”

13:17 - 03 / 11 / 2020
Azərbaycan MN: “Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

1news.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Deyilib ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

Qafar Ağayev

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər